“Bütün ölkələr bu cür sanksiyalara riayət etməkdən və onları tətbiq etməkdən çəkinməyə borcludurlar”
“Bütün müstəqil ölkələr ABŞ-ın İrana qarşı iqtisadi müharibəsində iştirakdan imtina etməli və İrana qarşı heç bir sanksiyanı tanımamalıdır”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu çağırış İran Xarici İşlər Nazirliyi (XİN) tərəfindən edilib.
"ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları, adından və formasından asılı olmayaraq, BMT Nizamnaməsini, beynəlxalq humanitar hüququ və insan hüquqlarını pozan tamamilə qanunsuz və əsassız tədbirlərdir. Buna görə də, bütün ölkələr bu cür sanksiyalara riayət etməkdən və onları tətbiq etməkdən çəkinməyə borcludurlar. Bundan əlavə, bütün dövlətlər bu qanunsuz hərəkətlərdən irəli gələn vəziyyətləri və ya nəticələri tanımamağa və dəstəkləməməyə borcludurlar", - deyə bəyanatda bildirilib.
İran XİN hesab edir ki, ABŞ-ın tərəfində digər ölkələrin iqtisadi müharibədə iştirakı "bir dövlətin iradəsini digər müstəqil ölkələrə qanunsuz olaraq qəbul etdirmək" deməkdir ki, bu da BMT Nizamnaməsinin daha bir kobud pozulmasıdır.