İngiltərə tarixini dəyişdirəcək 3 milyon avroluq kəşf

Dünya

22.11.2019 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Mütəxəssislər sikkələrin Vikinqlər tərəfindən dəfn edildiyini də şübhə altına almırlar

 

İngiltərədə 2 nəfər 3 milyon avro dəyərində xəzinə oğurlayıb. AYNA xəbər verir ki, oğurlanan xəzinənin İnigltərə tarixində mühim rol oynaya biləcəyi iddia olunur.

 

Belə ki, George Povel və Layton Devis adlı 2 nəfər İngiltərənin Herefordşid şəhərində qazıntı aparmağa başlayıblar və 300 qızıl sikkə aşkar ediblər. 1100 illik tarixə malik olan xəzinəni gizlətməyə çalışan oğrular tarixi əsərləri qaçaqmalçılara satmağı planlaşdırıblar.

 

Sikkələrin bir üzündə vikinqlərə qarşı mübarizə aparmış və 871-899-cu illərdə Uesseks kralı olmuş Alfredin, digər tərəfində isə Mercia krallığının vikinqlər tərəfindən öldürülmüş kralı II Keovulfun rəsmləri olduğu üçün tarixçilər 2 krallığın həmin dövrdən bu günə qədər naməlum ittifaqın içində olduğunu güman ediblər.

 

Məlumata görə, bu, keçmiş zamanda müstəqil krallıqlar tərəfindən idarə olunan İngiltərənin birləşməsinin ehtimal olunandan daha əvvəl başladığını sübuta yetirə bilər.

 

Britaniya muzeyinin erkən orta əsrlər dövrünün araşdırımacısı Qaret Vilyams isə məsələyə bu cür aydınlıq gətirib: “Bu sikkələr İngiltərənin vahid bir krallıqda birləşməsinin araşdırılmasında açar rolunu oynaya bilər. Çünki bu əsərlər 2 kral arasında sıx əlaqələrin olduğunu göstərir. Sikkələrin aid olduğu 879-cu ildən etibarən Keovulf haqqında, Alfredin sarayındakı tarixçilər tərəfindən bəhs edilmir və demək olar ki, tarix səhnəsindən silinir. Bu isə Vikinqlərin böyük basqınlar təşkil etdiyi dövrlərə təsadüf edir. Belə olan halda da İngiltərə tarixində qaranlıq məsələlər qalmaqda davam edir”.

 

Bununla yanaşı mütəxəssislər sikkələrin Vikinqlər tərəfindən dəfn edildiyini də şübhə altına almırlar.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş