İlham Əliyev və Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - FOTOLAR

Xəbərlər

01.11.2021 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Prezident və xanımı Şamaxıda səfərdə olublar

Noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxı şəhərində inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

AYNA xəbər verir ki, 80 yerlik məktəbəqədər təhsil müəssisəsində qrup, oyun və yataq otaqları, idman, akt və musiqi zalları, tibb otağı var. Burada uşaqların ilkin biliklərə yiyələnmələri və əylənmələri üçün zəruri şərait yaradılıb. Bağçanın həyətində abadlıq-yaşıllaşdırma işləri aparılıb, oyun meydançası və söhbətgahlar quraşdırılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun 2014-cü ildən başlayan “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, uşaqların təlim-tərbiyəsinin hərtərəfli təmin olunması ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. O cümlədən Heydər Əliyev Fondu tərəfindən bölgələrimizdə, həmçinin Şamaxı rayonunda körpələr evi-uşaq bağçalarının inşası və təmiri ilə bağlı layihələr reallaşdırılıb.

İlham Əliyev və Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - İlham Əliyev və Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər - İlham Əliyev və Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş