İcra başçısı 1 ay 18 gün müddətinə həbs edilib - <font color=red> FOTO</font>

Aktual

20.08.2020 - 14:34

Kürdəmirin icra başçısı ilə birgə saxlanılan birinci müavini və şöbə müdiri barəsində də həbs qətimkan tədbiri seçilib

 

Kürdəmirin icra başçısı Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.  AYNA-nın APA-ya istinadən məlumatına görə, Binəqədi rayon Məhkəməsində Ceyhun Cəfərov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb.

 

Məhkəmə təqdimatı təmin edərək təqsirləndirilən şəxs barəsində 1 ay 18 gün müddətinə həbs qətimkan tədbiri seçib.

 

Kürdəmirin icra başçısı Ceyhun Cəfərovla birgə saxlanılan icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov barəsində də həbs qətimkan tədbiri seçilib. Binəqədi rayon Məhkəməsində onların barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanı tərəfindən verilmiş təqdimata baxılıb. Təqdimat təmin edilib və təqsirləndirilən şəxslərin hər ikisi barəsində 4 ay müədditinə həbs qətimkan tədbiri seçilib. 

 

Qeyd edək ki, ötən gün Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıblar.

 

Müəllif: Ayna.az