Bakı polisi qəbul imtahanlarının keçirilməsinə nəzarət edir

Aktual

21.08.2020 - 11:05

İctimai təhlükəsizliyin tam təmin olunması üçün zəruri tədbirlər görülüb

 

Bu gün paytaxtda növbəti qəbul imtahanları pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil olunub.  Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, imtahan təşkil olunan ərazilərdə kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə iştirakçılar arasında sosial məsafənin qorunmasına və tibbi maskadan istifadə edilməsinə nəzarət olunur.

 

İmtahan keçirilən ünvanlarda polis və Daxili Qoşunların hərbi qulluqçuları xidmət aparırlar.

 

İctimai təhlükəsizliyin tam və hərtərəfli təmin olunması üçün bütün zəruri tədbirlər təşkil olunaraq icraya yönəldilib, əlavə naryad qrupları xidmətə cəlb olunublar.

Müəllif: Ayna.az