Gəminin mühərrik hissəsinə zərər dəyib
Hörmüz boğazında tankerə mərmi ilə atəş açılıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Ticarət Gəmiçiliyi İdarəsi məlumat yayıb.
Hadisə zamanı gəminin mühərrik hissəsinə zərər dəyib.
Bildirilib ki, hadisə nəticəsində ekipaj üzvləri arasında xəsarət alan olmayıb, ətraf mühitə ziyan dəyməyib.