125-dən çox döyüş təyyarəsi münaqişədə iştirak edir
Hindistan və Pakistan arasında münaqişə kəskinləşir. Mayın 7-nə keçən gecə hava döyüşündə eyni vaxtda ən azı 125 qırıcının iştirak etdiyi və müasir aviasiya tarixində ən böyük, ən uzun sürən hava döyüşlərindən birinin baş verdiyi bildirilir.
AYNA.AZ bildirir ki, CNN mənbələrinin məlumatına görə, Pakistanın təhlükəsizlik mənbələri Hindistanın hücumu zamanı Hindistan Hərbi Hava Qüvvələrinə məxsus 5 təyyarəni və bir pilotsuz uçan aparatını vurduqlarını bildiriblər.
CNN-in məlumatına görə, mayın 7-nə keçən gecə döyüşdə ümumilikdə 125 döyüş təyyarəsi iştirak edib. Eyni zamanda, heç bir tərəf öz hava məkanını tərk etməyib.
Mənbələr əlavə edib ki, raket mübadiləsi "bəzən 100 mildən çox məsafədə baş verib".
Pakistanın yüksək səviyyəli təhlükəsizlik mənbəsi CNN-ə bildirib ki, Pakistan və Hindistan qırıcıları arasında döyüşü “müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biri” olub.