Şahmar Mövsümov: “Növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər”
“Həftəsonları ictimai nəqliyyatla bağlı qadağa qüvvədədir”. AYNA xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.
Ş. Mövsümov bildirib ki, növbəti yumşaldılmalar zamanı bu məsələyə baxıla bilər.
Prezidentin köməkçisi həmçinin deyib ki, 31 maydan “Bakı Metropoliteni”nin fəaliyyəti əvvəlki qaydada - səhər saat 6-dan axşam saat 12:00-a qədər olacaq: “Şənbə-bazar ictimai nəqliyyata qoyulan məhdudiyyət metroya da aiddir”.