Həbsdə olan AXCP üzvü azadlığa buraxılıb

Xəbərlər

19.08.2020 - 20:14

Mehdi İbrahimov koronavirusu yaymağa görə həbs edilmişdi

 

Bakıda iyulun 14-də Azərbaycan Ordusuna dəstək yürüşü ilə bağlı saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mehdi İbrahimov azadlığa çıxıb. AYNA bildirir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.

 

M.İbrahimov karantin qaydalarını pozaraq koronavirusu yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

 

Bu qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və M.İbrahimovun azadlığa buraxılmasına qərar verilib.

 

Qeyd edək ki, Mehdi İbrahimovun atası, AXCP sədrinin müşaviri Məmməd İbrahim də sözügedən hadisələrə görə bir neçə maddə ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az