Son sutka ərzində ölkə ərazisində 22 dərəcəyədək isti olub
Martın 25-i gündüzdək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik, Biləsuvar, Lənkəranda duman müşahidə olunub.
Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12°-dək isti, Naxçıvan MR-da 16-22° isti olub.