Bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir
Aprelin 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında zəif duman olacaq. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeronda gecə 10-13° isti, gündüz 16-19° isti, Bakıda gecə 10-12° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.
Azərbaycanın rayonlarında
Hava əsasən, yağmursuz olacaq, lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 3-7° isti, gündüz 10-15° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 30-u, mayın 1-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.