Harutyunyan: “Ermənistanda heç vaxt indiki qədər siyasi məhbus olmayıb”

Dünya

12.08.2026 - 15:56

“Məhkəmə sistemi icra hakimiyyətindən asılıdır”

“Bir vaxtlar “Mülki Müqavilə”nin nümayəndələri məhkəmə binalarını mühasirəyə almış və özlərinə sadiq hakimlər təyin etmişdilər”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın müxalif "Güclü Ermənistan" müxalifət blokundan olan deputat Harutyun Harutyunyan parlamentin Dövlət və Hüquq Məsələləri üzrə daimi parlament komitəsinin sədrinin seçilməsi məsələsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu gün hakimlər özlərini qorunmuş hiss etmirlər: “Çünki özlərinin hesab etmədikləri şəxslərə qarşı başlanan intizam tədbirləri çox vaxt onların səlahiyyətlərinin ləğvi ilə başa çatır. Məhkəmə sistemi icra hakimiyyətindən asılıdır və xüsusilə inzibati məhkəmələrdə sadiq olmayan hakimlər çox vaxt özlərini həddindən artıq işlərlə yükləyirlər ki, sonradan intizam tədbirləri ilə vəzifələrindən uzaqlaşdırıla bilsinlər”, - deyə Harutyunyan bildirib.

Çıxışının sonunda deputat bütün siyasi məhbusları salamlayaraq bildirib ki, uzun illər hüquqi təcrübəsində Ermənistanda bu qədər siyasi məhbus görməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş