“Ümid edirəm ki, Baş nazirin və komandanın mənə göstərdiyi etimadı doğruldacam"
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Maya Bitadzenin mədəniyyət naziri vəzifəsinə namizədliyini irəli sürüb. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, Bitadze əvvəllər Gürcüstan Parlamentinin üzvü, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədri vəzifəsində çalışıb.
Mədəniyyət naziri vəzifəsi Tinatin Ruxadzenin 28 iyulda istefasından sonra boş qalıb. “Facebook”da dərc etdiyi açıqlamada Ruxadze sağlamlıq səbəblərini göstərərək bildirib ki, "sağlamlıq vəziyyəti ona sevdiyi və əziz tutduğu işə lazımi diqqəti ayırmağa mane olur".
Bitadze hökumət administrasiyasında keçirilən brifinqdə bildirib ki, Baş nazir İrakli Kobaxidzenin onu mədəniyyət naziri vəzifəsinə namizəd göstərdiyi brifinqdə "Həm komandama, həm də gürcü mədəniyyətini yaradan hər bir insana qarşı daşıdığım məsuliyyətin tam fərqindəyəm".
Bitadze qeyd edib ki, onun dövlət qulluğunda uzun illər təcrübəsi var: "Bu qərar mənim üçün böyük məsuliyyət və etimaddır. Həm komandaya, həm də gürcü mədəniyyətini yaradan hər bir fərd qarşısında daşıdığım məsuliyyətin çox yaxşı fərqindəyəm. Mədəniyyət təkcə yaradıcılıq və mədəni irs deyil; o, həm də millətimizin kimliyinin bir hissəsidir və dünya ilə ünsiyyət qurmaq üçün istifadə etməli olduğumuz dildir. Bütün komandaya, həmkarlarıma və illər ərzində ölkəmizə xidmət etdiyimiz bütün insanlara təşəkkür etmək istəyirəm. Qarşıdakı uzun yolun nə olduğunu yaxşı bilirəm. Ümid edirəm ki, işimiz çox uğurlu olacaq və komandanın mənə verdiyi etimadı və məsuliyyəti şərəflə doğruldacağam. Bu sahəyə uzun illər dövlət qulluğunda təcrübəmlə gəlmişəm. Həmçinin gürcü mədəniyyətini yaradan, bu sahədə peşəkar olan, ona qayğı göstərən və bu sahəni sevən hər bir insanı dinləmək üçün böyük bir istəyim var. Çox sağ olun və ümid edirəm ki, Baş nazirin və komandanın mənə göstərdiyi etimadı doğruldacam".