Jivaniya istefası ilə bağlı bu gün bəyanat yayıb
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jvaniya tutduğu vəzifədən istefa edib. AYNA gürcü mediasına istinadən bildirir ki, Jivaniya istefası ilə bağlı bu gün bəyanat yayıb.
“8 ilə yaxındır MSK-ya rəhbərlik edirəm. Ötən müddət ərzində prezident, parlament və yerli seçkilərlə yanaşı, təkrar seçkilər də daxil olmaqla, 6 seçki keçirilib. Bu vəzifəmdə daha iki il qala bilərdim, lakin iyulun 1-dən vəzifəmi tərk edirəm. İnanıram ki, bu addımım MSK sədrinin yenilənmiş Seçki Məcəlləsinin tələblərinə uyğun seçilməsinə imkan verəcək”, - deyə Jivaniya vurğulayıb.
O, bu qərara niyə gəldiyini açıqlamayıb.