"Gürcüstan Naminə" Partiyasının lideri hücuma məruz qalıb
Batumidəki “Sheraton” otelində müxalifətdə olan "Gürcüstan Naminə" Partiyasının lideri, Gürcüstanın keçmiş Baş nazir Giorgi Qaxariyaya hücum edilib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
Qeyd olunub ki, döyülən Qaxariya yerli xəstəxanaya çatdırılıb.
Media hadisənin təfərrüatlarını açıqlamasa da, xəstəxanadan jurnalistlərə bildiriblər ki, Qaxariyanın vəziyyəti ümumilikdə stabildir və tibbi yardım göstərildikdən sonra o, öz istəyi ilə xəstəxananı tərk edib.