Parlament rəhbərliyindən başqa hamının binaya daxil olması qadağan edilib
Gürcüstan Parlamenti polislə müxalifət arasında baş verən toqquşmadan sonra ən yüksək təhlükə səviyyəsini tətbiq edib.
AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Parlamentinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, parlament rəhbərliyindən başqa hamının binaya daxil olması qadağan edilib. Bildirilib ki, bu addım təhdidlərdən yayınmaq üçün atılıb.