“Gürcü Arzusu" liderdir: Gürcüstanda seçkilərin ilkin nəticələr açıqlandı

Dünya

03.10.2021 - 20:16

Həkimlər Klinikalar SEO Xidməti

Saakaşvilinin partiyası yerli idarəetmə orqanlarına seçkilərdə ikinci yerdə qərarlaşıb

Gürcüstan Mərkəzi Seçki Komissiyası yerli özünüidarəetmə orqanlarına oktyabrın 2-də keçirilmiş seçkilərin nəticələrini açıqlayıb.

AYNA gürcü mediasına istinadən xəbər verir ki, bülletenlərin 99,92 faizinin hesablanmasından sonra hakim Gürcü Arzusu Partiyası 46,5 faiz səslə liderdir.

MSK-nın məlumatına görə, “Gürcü Arzusu" proporsional siyahı üzrə 46,65 faiz seçicinin dəstəyini qazanıb.

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvilinin lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 faiz səs toplayıb.

Onu da qeyd edək ki, paytaxt Tiflis də daxil olmaqla, 20 səhər və rayonda mer seçkiləri ikinci tura qalıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş