Göygöldə qəza: 3 nəfər xəsarət alıb

Hadisə

16.09.2026 - 17:39

Xəsarətlər alan şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir

Göygöl rayonununda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 3 nəfər (qadın) 16.09.2026-cı il tarixində saat 10:20 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxanaya hospitalizasiya olunub.

TƏBİB-dən AYNA.AZ-a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir.

Pasiyentlərin müayinə və müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş