Goranboyda maşın arakəsməyə çırpılıb

Hadisə

28.07.2026 - 17:20

Hadisə nəticəsində xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Chevrolet" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza zamanı 1966-cı il təvəllüdlü Yusif Əşrəfov və 1966-cı il təvəllüdlü C.Quliyeva xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qəzaya düşən avtomobilin sürücüsü 44 günlük Vətən müharibəsinin şəhidi Məhəmməd Əşrəfovun atasıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş