Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış

Hadisə

13.07.2020 - 12:57

Həkimlər Klinikalar SEO Xidməti

Yanğın saat 12:25-də söndürülüb

 

Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğın olub. AYNA xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

 

Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, yanğın saat 12:25-də söndürülüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş