Fransanın cənubundakı yanğın davam edir

Dünya

10.08.2026 - 11:51

Massegros-Cos-Gorges kommunasında baş verən yanğın təxminən 153 hektara yayılıb

Fransanın cənubundakı Massegros-Cos-Gorges kommunasında baş verən yanğın təxminən 153 hektara yayılıb və iki kəndin sakinlərinin təxliyəsinə səbəb olub. AYNA.AZ xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) məlumat yayıb.

Bildirilib ki, bazar günü Lozerdə baş verən yanğın artıq təxminən 153 hektara yayılıb, iki kənddən insanların təxliyəsinə səbəb olub və hələ də söndürülməyib".

Yanğın Monpelyedən təxminən 140 kilometr aralıda baş verib. Yanğının bələdiyyə yolunda alovlanan avtomobilin səbəb olduğu güman edilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş