Xavyer Miley: "Bu, bizdən mütənasib cavab tələb edir"
Argentina Folklend adalarında neft hasil edən şirkətlərə sanksiyalar tətbiq edəcək. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Prezident Xavyer Miley xalqa müraciətində deyib.
O qeyd edib ki, yaxın aylarda Britaniya şirkəti “Rockhopper Exploration” və İsrailin “Navitas Petroleum” şirkətləri adalarda neft hasilatı layihələrinə başlayacaqlar.
Argentina liderinin sözlərinə görə, ölkənin maraqlarına strateji təhlükə yaradan digər layihələr də var.
"Bu, bizdən mütənasib cavab tələb edir", - Miley əlavə edib.
Folklend adaları Argentina və Birləşmiş Krallıq arasında mübahisəli ərazidir. 1982-ci ildə iki ölkə arasında silahlı münaqişə baş verib və Argentina bu münaqişədə məğlub olub. 2013-cü ildə adaların sakinləri Britaniyanın Xarici Ərazisi olmağın lehinə səs veriblər (99,8%). Argentina hökuməti daha sonra referendumun nəticəsinin ölkənin adalara ərazi iddialarına təsir etməyəcəyini bildirib.