“İsrail regionda təcrid olunmaq riski ilə üzləşir”
“İsrail bütün dünya üçün təhlükədir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Fidanın sözlərinə görə, “İsrail bütün dünya üçün təhlükəyə və dünya üçün problemə çevrilib”.
O qeyd edib ki, bütün dünya artıq İsrailin Baş naziri Benyamin Netanyahunun probleminə həll yolu axtarır.
Türkiyənin xarici işlər naziri əlavə edib ki, hətta yəhudi dövlətinin ənənəvi müttəfiqləri də İsrailin Baş nazirinin siyasəti ilə bağlı problemlərə həll yolu axtarırlar.
O əlavə edib ki, “İsrail regionda təcrid olunmaq riski ilə üzləşir”.