Vətəndaşların liftdən çıxarılması təmin edilib
Sumqayıt şəhərində liftdə qalan iki nəfər xilas edilib. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 2 nəfərin liftdə köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub. Dərhal çağırış ünvanına cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən vətəndaşların liftdən çıxarılması təmin edilib.