Fedorov İtaliya müdafiə nazirinin iş təklifini qəbul edib

Dünya

29.08.2026 - 12:31

"Bu etimada və strateji tərəfdaşlığa görə dərin minnətdaram”

Ukraynanın keçmiş müdafiə naziri Mixaylo Fedorov İtaliya müdafiə naziri Guido Crozettonun müdafiə innovasiyası üzrə müşaviri vəzifəsini icra etmək təklifini qəbul edib. AYNA.AZ xəbər verir ki, Fedorov bu barədə sosial media hesabında bildirib.

Fedorovun sözlərinə görə, Crozettonun müşaviri olaraq o, İtaliyaya müasir müharibə texnologiyalarının inkişafına, müdafiə sektorunun təkmilləşdirilməsinə və yeni "qlobal təhlükəsizlik çağırışlarına" uyğunlaşmağa kömək edəcək.

O qeyd edib: "Bu etimada və strateji tərəfdaşlığa görə dərin minnətdaram. Bu vəzifədə İtaliyaya müasir hərbi texnologiyaların tətbiqində, müdafiə sektorunun gücləndirilməsində və yeni qlobal təhlükəsizlik çağırışlarına uyğunlaşmasında kömək edəcəyəm".

Fedorov bildirib ki, görüş zamanı dronlar, sistemlər, hava hücumundan müdafiə və müdafiə texnologiyaları ekosisteminin inkişafı müzakirə olunub.

"Müdafiənin gələcəyi qabaqcıl texnologiyaları güclü istehsal imkanları ilə birləşdirərək yeni həlləri tez bir zamanda sınaqdan keçirə və miqyaslandıra bilən ölkələrə məxsusdur. Ukraynanın təcrübəsi yeni Avropa müdafiə modelinin təməli ola bilər", - deyə qeyd edib.

Qeyd edək ki, iyulun sonlarında Crozetto Mixaylo Fedorova məsləhətçi vəzifəsi təklif etdiyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş