Əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin üstü açılıb

Xəbərlər

18.01.2021 - 15:21

Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər saxlanılıb

 

Azərbaycanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 79 cinayətin üstünü “isti izlər”lə açıblar. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, altı nəfər xəsarət alıb.

 

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş