Estoniyanın Baş naziri Kiyevə gəlib

Dünya

09.12.2024 - 13:22

Həkimlər Klinikalar SEO Xidməti

Kristen Mixal Volodimir Zelenski, Denis Şmıqal və Ruslan Stefançukla görüşəcək

Estoniyanın Baş naziri Kristen Mixal Kiyevə gəlib. AYNA xəbər verir ki, bu barədə Baş nazir “X” sosial şəbəkə hesabında yazıb.

Estoniyanın Baş naziri deyib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir.

Bundan başqa, siyasətçi ukraynalı həmkarı Denis Şmıqal və Ali Radanın spikeri Ruslan Stefançukla da görüş keçirəcək.

Mixal həmçinin Estoniyanın Kiyevi “qələbəyə qədər” dəstəkləməyi prioritet adlandırıb. Onun fikrincə, Ukraynanın qələbəsi ABŞ və Avropanın qələbəsidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş