Qanun layihəsi bu gün hökumətin iclasında təsdiqlənib
Ermənistan hökuməti üç nazirliyin adını dəyişdirməyi nəzərdən keçirir. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, müvafiq qanun layihəsi bu gün hökumətin iclasında təsdiqlənib.
Layihədə təklif olunur: Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı dəyişdirilərək Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi, Əmək və Sosial İşlər Nazirliyinin adı dəyişdirilərək Əmək və Sosial Təminat Nazirliyi, Xarici İşlər Nazirliyinin adı isə Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi adlandırılsın.