Ermənistan pomidor pastası idxalına qadağa qoyub

Dünya

30.07.2026 - 21:16

Qərar altı ay müddətində qüvvədə olacaq

Ermənistan hökuməti iclasda Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrindən də daxil olmaqla, tomat pastasının idxalını altı ay müddətinə qadağan etmək qərarını təsdiqləyib.

AYNA.AZ erməni mediasına istinadən bildirir ki, qəbul edilmiş sənəddə deyilir: "Ermənistan Respublikasının ərazisinə Avrasiya İqtisadi Birliyi ölkələrindən də daxil olmaqla EAEU TN VED kodu 2002 90 (tomat pastası) altında təsnif edilən malların idxalına müvəqqəti qadağa qoyulsun. Bu qərar 3 avqust 2026-cı il tarixindən qüvvəyə minəcək və altı ay müddətində qüvvədə olacaq".

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyana qadağanın qüvvəyə minməsindən ən geci üç təqvim günü əvvəl Avrasiya İqtisadi Komissiyasına (AİK) malların idxalına qeyri-tarif tənzimləmə tədbirlərinin müvəqqəti tətbiqi barədə məlumat vermək tapşırılıb.

AİB-nin gömrük ərazisinə idxal üçün qeyri-tarif tənzimləmə tədbirlərinin tətbiqi ilə bağlı təklif də baxılması üçün AİK-ə təqdim edilməlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş