Ermənistan Parlamentində II Qareginlə bağlı qalmaqal

Dünya

12.08.2026 - 13:36

Hökumətyönlü deputatlar masaları döyərək boykot elan ediblər

Ermənistan Parlamentinin hökumətyönlü üzvləri bütün ermənilərin katolikosu II Qareginin adı çəkiləndə masaya çırpmağa başlayıblar. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, onlar bu qəribə boykotu müxalifətdəki "Ermənistan" fraksiyasının nümayəndəsi Kristine Vardanyanın çıxışı zamanı təşkil ediblər.

Öz növbəsində, deputatı müxalifətin digər deputatları bir ağızdan alqışlamağa başlayıblar.

Vardanyan özü əvvəlcə hakim “Mülki Müqavilə” fraksiyasının üzvlərinin davranışından təəccüblənib və bu hərəkəti "uşaq bağçasına hazırlıq kursu" adlandırıb.

Lakin sonra Ermənistan Parlamentinin spikeri Ruben Rubinyan şounu kəsib və Vardanyandan çıxışına davam etməsini istəyib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi əvvəllər II Qareginin yepiskop Gevork Saroyanı (dünyəvi adı: Arman Saroyan) vəzifəsindən azad etmək qərarından sonra cinayət işi açıb. Saroyan hakimiyyəti Erməni Apostol Kilsəsi ilə münaqişədə dəstəkləmişdi. İş Cinayət Məcəlləsinin məhkəmə qərarının icra edilməməsi, onun icrasına mane olma və məhkəmə qərarının icra edilməməsinə təhrik maddələri ilə təqib olunur. II Qaregindən əlavə, bu işdə Ermənistan Apostol Kilsəsinin Ali Ruhani Şurasının daha altı üzvü də ittiham olunur. Bu iş üzrə ilk məhkəmə iclası 7 avqustda Eçmiədzində baş tutub və iclasda Erməni Apostol Kilsəsinin rəhbəri şəxsən iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş