Ararat Mirzoyan KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək. AYNA.AZ “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Ermənistanın xarici işlər naziri Mirzoyan həmin tədbirdə iştirak etməyəcək", - Ermənistan XİN-dən bildirilib.
Qeyd edək ki, bu gün Qırğızıstanın Çolpon-Ata şəhərində KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək. İclasda Rusiyanın xarici işlər naziri Sergey Lavrov iştirak edəcək.