Ermənilərin ataları tapıldı - <font color=red> Herodot şokda</font>

Maraqlı

30.07.2021 - 14:13

Təzə “tədqiqatçılar” varsa, keçmişin mütəfəkkirlərinə nə ehtiyac?!

 

Bu yazını (əgər belə demək mükündürsə) Marqarita Simonyanın xəbər agentliyində - “Sputnik Ermənistan” saytında gördüm. Təqvimə baxdım. Xeyr, orada 1 aprel tarixi göstərilməyib. Amma buna baxmayaraq, bundan əvvəl də cəfəngiyyat və erməni mifləri ilə dolu notlarla aşıb-daşan bir saytın, inanılmaz dərəcədə tragikomik bir opus yayımlayaraq, özünü lap biabır etməsinin səbəbini bilmirəm.

 

“Ermənistanın ən qədim əfsanələri birmənalı şəkildə ermənilərin nəhənglərdən əmələ gəldiyini, hətta onların əcdadı Hayk Naapet və ailəsinin nəhəng olduqlarından xəbər verir. Erməni tarixşünaslığının banisi Movses Xorenatsi bu barədə məşhur “Ermənistan tarixi” kitabında (5-ci əsr) yazmışdır”, - dey’ məqalədə bildirilir.

 

Bu, əlbəttə ki, hər şeyi kökündən dəyişir. Ermənilər nəhayət ki, öz əcdadlarını, atalarını tapdılar.

 

Qeyd edim ki, onlar bu əcdadlarını uzun müddət axtardılar. Qədim Romada, Qədim Afinada, Qədim Rusiyada, Bizansda, müasir İngiltərə və Almaniya ərazilərində... hətta Çinə qədər gedib çıxdılar. Balkanlar və Hindistan da bəzən ermənilərin potensial tarixi vətənləri kimi üzə çıxdı. Üstəlik, Herodot, Kiçik Plini, Strabon kimi etiraz etmək imkanı olmayan böyük mütəfəkkirlərə şahid qismində istinad edildi.

 

Düzdür, onların heç biri heç vaxt erməni nəhəngləri haqqında yazmayıb. Ancaq bu, çox əhəmiyyətsiz bir məqamdır! Çünki rahatlıqla düzəldilə bilər: bu üçlükdən kiminsə və ya üçünün bir yerdə Ermənistanın nəhəglər ölkəsi olduğu barədə əsərini “tapmaq” erməni alimlərinin əlində nə böyük işdir ki? Aydın məsələdir ki, Herodot, Kiçik Plini və Strabon müasir Ermənistanın Azərbaycan torpaqlarında yaradıldığını “yazmayacaqlar”.

 

Hərçənd ermənilərin təzə “tədqiqatçıları” varsa, keçmişin bütün bu mütəfəkkirlərinə nə ehtiyacımız var? “Sputnik Ermənistan” yazır: “Müstəqil tədqiqatçılar Ruben Mnatsakanyan, Artur Marqaryan, Vazgen Gevorqyan və Arayik Pəhlivanyan son dörddəbir əsrdə, demək olar ki, bütün Ermənistanı gəzmiş və onlarla bölgəni gəzərək, yüzlərlə insandan çoxlu məlumat və ifadələr toplamışlar”.

 

Yəni, bizə erməni “alimlərini” və adları açıqlanmayan “şahidləri” anlaşılmaz bir şeyi qəbul etdirmək üçün etibarlı məlumat mənbəyi hesab etməyimiz təklif olunur. Bu baxımdan Suren Ayvazyan kimi bir “böyük erməni geoloqu”nu xatırlatmaq istəyirəm. Bu, həmin o “nəhəng beuindir” ki, Movses Xorenatsinin yazdığı Ermənistanın varlığını sübut etmək üçün tunc dövrünə aid Metsamor qədim abidəsini seçib və fikrini daha da qüvvətləndirmək üçün üzərində “qədim erməni heroqlifləri olan “hayassi” (qədim erməni) sikkələrinin şəkillərini verib, hətta onları öz “tərcüməsi” ilə təmin edərək, eramızdan əvvəl XIX əsrə aid edib.

 

Lakin 1968-ci ildə Ermənistanın Tarix Muzeyinin numizmatika şöbəsində aparılan yoxlama zamanı bu sikkələrin 1133-1225-ci illərdə Eldəgizlər sülaləsindən olan Azərbaycan atabəyləri tərəfindən dövriyyəyə buraxıldığı məlum oldu. Ermənistan SSRİ Elmlər Akademiyası Tarix İnstitutunun ərəbistlərinin qənaətinə görə, Ayvazyan tərəfindən nəşr olunan “Metsamor petroqlifi” qeyri-dəqiq kopyalanan bir ərəb yazısı olan məzar daşıdır.

 

Eyni məqalədə Ayvazyan Metsamor qayalarında aşkarladığı “Hayas yazılarını” da yayımlamışdı. 1968-ci ildə professor V.A.Kraçkovskayanın apardığı bir yoxlamadan sonra bu yazıların 19-cu əsrin kufi ərəb yazısının işarələri olduğu ortaya çıxdı.

 

Gördüyünüz kimi, erməni miflərinin mahiyyətini izah edən canlı bir epizod var. Bu miflər sözün əsl mənasında dünyaya gəlib, doğulur və gələcəkdə də heç nədən doğulacaq. Bu fenomenin, psixoloji xarakterin mərkəzində ermənilərin nəhəng milli kompleksləri dayanır. Əslində, ənənəvi olaraq bu natamamlıq kompleksinin özünəvurğunluq ilə sublimasiyasını görürük.

 

Elə ona görə də dünyadakı bütün böyük insanların müəyyən dərəcədə erməni qanı daşıdığı barədə bitməyən söhbətlər açırlar. “Dənizdən-dənizə Ermənistan” ilə bağlı miflər də eyni mənbədən qaynaqlanır. Və nəhayət, “nəhənglərin vətəni” olan müasir Ermənistan haqqında gülməli bir hekayə də...

 

Müasir Ermənistanda – “nəhənglər nəslinin davamçıları” arasında niyə bir basketbol komandası üçün belə nəhəng canlıların olmadığını soruşmağın mənası yoxdur. Necə ki, erməni tərəfinə miflərlə deyil, reallıqla yaşamağın vacibliyini izah etməyin də mənası yoxdur. Dünyadakı ən qədim, istedadlı, çalışqan insanların yaşadığı iddia edilən ölkə, nəticədə bölgədəki ən geridə qalan dövlətdir. Nəhənglərin vətəni statusuna iddia edən ermənilər dövlət-regional Lilliputiyada yaşayırlar. Və sadəcə həqiqətə deyil, miflərə inanmaq praktikası və ənənəsindən əl çəkməklə, “böyümək” şansları belə, yoxdur. Herodot, Kiçik Plini, Strabon və ya ən azı Suren Ayvazyan bu barədə nə yazsalar da...

Müəllif: Əkbər Həsənov

Ramanada faciə

Dünən, 17:26 Hadisə