NASA açıqladı: 2020 ən isti il ola bilər

Maraqlı

28.04.2020 - 15:49

Beynəlxalq Okean və Atmosfer Dairəsinin bəyanatında bu ehtimalın 75% doğruluğu təsdiqlənib

 

Bir müddətdir, dünya alimləri qarşıdan gələn yayın çox qızmar keçəcəyi barədə proqnozlarını verirlər.

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, alimlərin mübahisələrinin nəticəsinə görə, yay fəsli “ən isti” olmasa belə, indiyədək şahid olduğumuz isti yaylardan biri ola bilər.

 

Bir müddət əvvəl Dünya Meteorologiya Birliyi də bu yay fəsli barədə proqnozunu verərkən, qızmar yay xəbərdarlığını vermişdi.

 

NASA Qoddard Kosmos Araşdırmaları İnstitutunu direktoru Gavin Sçmidt isə bildirib ki, araşırma nəticələrinə əsasən, bu proqroz 60% doğru ola bilər.

 

Beynəlxalq Okean və Atmosfer Dairəsinin bəyanatında isə bu ehtimalın 75% doğruluğu təsdiqlənib.

Müəllif: Ayna.az