Azərbaycanlı Cəbəllütariq boğazını üzərək keçdi

Maraqlı

07.09.2023 - 14:27

Həkimlər Klinikalar SEO Xidməti

Boris Nəcəfov 16,2 kilometr məsafəni qət edib

Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllütariq boğazını üzərək keçib. Gənclər və İdman Nazirliyindən AYNA-ya verilən məlumata görə, idmançımız ümumilikdə 16,2 km məsafəni qət edib.

Həmyerlimiz bildirib ki, Cəbəllüttariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır: “Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.

Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.

Müəllif: Ayna.az