Ərdoğan İlham Əliyevə zəng edib

Xəbərlər

28.09.2026 - 11:22

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib

Sentyabrın 27-də axşam radələrində Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

AYNA.AZ xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş