İranın XİN başçısı ŞƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək
İranın xarici işlər naziri Abbas Əraqçi bu gün Qırğızıstana səfər edib. AYNA.AZ İran mediasına istinadən bildirir ki, Əraqçinin rəhbərlik etdiyi İran nümayəndə heyəti Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.
ŞƏT Xarici İşlər Nazirləri Şurasının iclası sabah Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək.