Əraqçi: “İran neftinin ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılıb”

Dünya

22.06.2026 - 16:59

“Danışıqlardan sonra bir sıra aktivlərin dondurulması ləğv edilib və İranın bərpası üçün bir planın tətbiq olunmağa başlanıb”

“İran neftinin ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılıb”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi sosial mediada Tehran və Vaşinqton arasında İsveçrədə aparılan danışıqlarla bağlı paylaşımında bildirib.

Bundan əlavə, nazir deyib ki, “danışıqlardan sonra bir sıra aktivlərin dondurulması ləğv edilib və İranın bərpası üçün bir planın tətbiq olunmağa başlanıb”.

Əraqçi bunun Qətər və Pakistan vasitəçilərinin səyləri sayəsində əldə edildiyini vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş