Əməkdar artist Almaz Mustafayeva vəfat edib

Mədəniyyət

26.12.2020 - 19:49

Azərbaycan mədəniyyətinə ağır itki üz verib 

 

Əməkdar artist Almaz Mustafayeva dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə Gənc Tamaşaçılar Teatrının mətbuat xidməti məlumat verib.

 

Aktrisa Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olub.

 

Qeyd edək ki, aktirisa “Sehirli xalat”, “Yeddi oğul istərəm”, “Aktirisanın təbəssümü”, “Şir evdən getdi”, “Cavanşir” və başqa filmlərdə çəkilib.

 

Allah rəhmət eləsin! 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə