Əfqanların deportasiyası üçün Almaniyaya üç “Taliban” nümayəndəsi gedib

Dünya

30.08.2026 - 10:03

Onlara Almaniya səfirliyində 30 günlük Almaniya vizaları verilib: qrup hazırda Berlindəki Əfqanıstan səfirliyində qalır

“Taliban” hərəkatının üç nümayəndəsi qeyri-rəsmi olaraq Əfqanıstan vətəndaşlarının vətənlərinə deportasiyasına kömək etmək üçün Almaniyaya gedib. AYNA.AZ xəbər verir ki, bu barədə alman mediası məlumat yayıbn.

Məlumata görə, nümayəndə heyəti Almaniyaya 26 avqustda gedib. Kabildən ayrılmazdan əvvəl “Taliban” nümayəndələri Qətərdə dayanıblar. Onlara Almaniya səfirliyində 30 günlük Almaniya vizaları verilib. Qrup hazırda Berlindəki Əfqanıstan səfirliyində qalır.

Gələn həftə nümayəndə heyətinin Əfqanıstanın baş konsulluqlarının yerləşdiyi Bonn və Münhen şəhərlərinə səfəri planlaşdırılır.

Almaniya Xarici İşlər Nazirliyi “Taliban” nümayəndə heyətinin Almaniyada olduğunu təsdiqləyib. Məlumata görə, səfər Əfqanıstan vətəndaşlarının vətənlərinə deportasiyası ilə bağlıdır.

Bu, “Taliban” tərəfindən tanınan sənədlərin alınmasını nəzərdə tutur. Almaniya Xarici İşlər Nazirliyi izah edib ki, bu texniki şərtləri tez bir zamanda yaratmaq üçün qısa müddətə ölkəyə "texniki dəstək qrupu" gəlib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş