Əfqanıstan Pakistana dron zərbələri endirib

Dünya

01.07.2026 - 14:22

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb

Əfqanıstan Pakistana dron zərbələri endirib. AYNA.AZ “Reuters“ə istinadən bildirir ki, bu barədə “Taliban” hökuməti məlumat yayıb.

Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın Bəlucistan vilayətində İŞİD-in mərkəzlərinə zərbələr endirildiyini bildirib.

Pakistan isə Əfqanıstandan gələn 4 dronun Bəlucistan vilayəti üzərində vurulduğu barədə məlumat yayıb.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl Pakistan Əfqanıstanda bir sıra hədəflərə zərbə endirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş