Düşmən mülki əhalimizi atəşə tutmaqda davam edir - <font color=red> RƏSMİ</font>

Aktual

11.10.2020 - 14:03

MN: “Düşmən döyüş əməliyyatlarından xeyli aralıda yerləşən ərazilərimizi atəşə tutmaqda davam edir”

 

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam edir. AYNA xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

 

Oktyabrın 10-u və 11-i tarixlərində, müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə məruz qalıb. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

 

Bölgədəki vəziyyətin gərginləşməsinə görə məsuliyyət tam şəkildə Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür.

Müəllif: Ayna.az