Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu keçib

Dünya

30.05.2020 - 07:38

Koronavirusa yoluxanların sayı artmaqda davam edir

 

Dünyada koronavirus infeksiyasına yoluxan 2 655 258 nəfər sağalıb, 366 284 nəfər isə koronavirusun yaratdığı xəstəlikdən ölüb.

 

AYNA xəbər verir ki, indiyədək 6 019 977 nəfərə COVID-19 diaqnozu qoyulub.

 

Ən çox yoluxma halları ABŞ (1 791 679), Braziliya (465 166) və Rusiyada (387 623) qeydə alınıb.

 

Hazırda dünyada 2 998 435 nəfər aktiv koronavirus xəstəsi hesab edilir. Onlardan 53 757 nəfərin vəziyyəti ağırdır.

Müəllif: Ayna.az