COVID-19-a yoluxma sayına görə ABŞ birinci yerdədir
Dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 200,1 milyonu ötüb. AYNA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytı məlumat yayıb.
Məlumata görə, dünyada COVID-19-a 200 174 883 yoluxma aşkarlanıb. Son sutkada daha 658 630 nəfərin koronavirusa yoluxması məlum olub.
Qeyd edilir ki, dünyada koronavirusdan ölənlərin ümumi sayı 4 255 892 nəfərə çatıb. Son 24 saat ərzində isə 10 215 pasiyentin həyatını xilas etmək olmayıb.
Dünyada koronavirusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Siyahıda sonrakı yerlərdə Hindistan, Braziliya, Rusiya qərarlaşıb.