Dünyada 3,6 milyondan çox insan koronavirusa yoluxub

Dünya

05.05.2020 - 01:29

Koronavirus sürətlə yayılmaqda davam edir 

 

Dünyada koronavirus daşıyıcılarının sayı 3 603 521  nəfərə çatıb.

 

AYNA xəbər verir ki, dünyada ən çox yoluxma hadisəsi ABŞ (1 194 434), İspaniya (248 301), İtaliya (211 938), Böyük Britaniya (190 584) və Fransada (168 693) qeydə alınıb.

 

Qeyd edək ki, infeksiya indiyədək 212 ölkə və regionda qeydə alınıb.

Müəllif: Ayna.az