Kayl Deyk: "Gəl, bunu edək!”
Sərbəst güləş üzrə ikiqat dünya çempionu, amerikalı Kayl Deyk Rusiyanın UFC çempionu Həbib Nurməhəmmədovla döyüşmək istədiyini bildirib.
AYNA xəbər verir ki, “Əgər Həbib döyüşmək istəyirsə, mən tamamilə razıyam! Həbib Nurməhəmmədov, eşitdin? Gəl, bunu edək!”, - idmançı deyib.
Qeyd edək ki, 28 yaşlı Deyk sərbəst güləş üzrə 79 kiloqram çəki dərəcəsində iki dəfə dünya çempionu olub. 31 yaşlı Nurməhəmmədov isə karyerası ərzində 28 döyüş keçirib və bir dəfə də olsun məğlub olmayıb. O, sonuncu görüşündə III raundda boğucu fənddən istifadə edərək, amerikalı Dastin Puaryeyə qalib gəlib.