Dövlət əmlakı olan 54 nəqliyyat vasitəsi hərracda satılıb

Xəbərlər

29.07.2026 - 22:56

Növbəti nəqliyyat hərracları 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən hərracda 54 nəqliyyat vasitəsi satılıb. Dövlət Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, növbəti nəqliyyat hərracları 4, 11, 18 və 25 avqust tarixlərində keçiriləcək.

Bu hərraclara 161 nəqliyyat vasitəsi və avadanlıq çıxarılıb. Nəqliyyat vasitələrinin istehsal tarixləri 1973-2014-cü illəri əhatə edir. 4 avqust tarixli hərracda start qiyməti 172 min 500 manat olan “Point Brower D” markalı gəmi də təklif olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş