DİM-in adından yanlış məlumatlar yayılır

Xəbərlər

08.09.2020 - 18:47

Məleykə Abbaszadə yalan məlumatlara inanmamağa çağırış edib

 

Dövlət İmtahan Mərkəzinin (DİM) adından istifadə edərək, yanlış məlumatlar yayanlara inanmayın. AYNA xəbər verir ki, bu barədə DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

 

Abbaszadə bildirib ki, DİM-in rəsmi məlumatları yalnız qurumun rəsmi saytından götürülməlidir: “Bu istiqamətdə yanlış informasiya yayanlar var. Biz anlaşılmazlıq yaranmasın deyə, hər kəsi rəsmi saytımızı izləməyə dəvət edirik”.

Müəllif: Ayna.az