Deputat: “Sosial şəbəkələrdə söyüş yazanlar cəzalandırılsın”

Cəmiyyət

04.05.2021 - 11:37

Həkimlər Klinikalar SEO Xidməti

Razi Nurullayev: “Ağına-bozuna baxmadan hamını ağır şəkildə təhqir edirlər”

 

“Sosial şəbəkələrdə təhqirə, söyüşə yol verənlərin, əxlaqsız sözlər yazanların birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb edilməsini  tələb edirik”. AYNA xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Milli Məclisin iclasında deyib.

 

Deputat qeyd edib ki, sosial şəbəkələrdə ağzına gələni yazanlar çoxalıb: “Ağına-bozuna baxmadan hamını ağır şəkildə təhqir edirlər. Yaydıqları videodan da bu faktlar aydın görünür. Həmin şəxslər cinayət məsuliyyətinə cəlb  edilməlidir. Çoxu da xaricdə fəaliyyət göstərir. Onların həbsi üçün siyasi danışıqlar aparmaq lazımdır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş