Deksametazon müjdəsi

İbrahim Nəbioğlu

16.06.2020 - 21:55

Deksametazon həyat xilas edən ilk dərmandır 

 

Mövcud vəziyyəti diqqətə alaraq, deksametazon preparatının təcili olaraq araşdırılmasını və xəstələrin həyatını xilas etmək üçün müvafiq addımlar atılmasının vacib olduğunu düşünürəm…

 

Bu dərman ölümcül korona virusu ilə mübarizədə xəstələrin həyatını xilas etmə yolunda ilk ümidverici preparat oldu. BBC News-dan Michelle Roberts imzalı xəbərə görə, dərman İngiltərədə virus başlamadan olsaydə ən az 5 000 insanı ölümdən qurtarmaq mümkün olardı. Bu preparat ucuz olması səbəbilə kasıb ölkələr üçün də faydalı olacaq.

 

Əgər 20 COVID xəstəsindən 19-u xəstaxanaya gəlmədən yaxşılaşırlarsa, bu dərman yerdə qalan risk qrupu - süni tənəffüs apparatına bağlı olanlar üçün deksametazon yardım edəcək. 

 

Deksametazon zatən bir sıra xəstəliklərdə iltihabı azaltmaq üçün istifadə edilirdi, korona xəstələrində isə meydana gələcək ağır xəsarətlərin qarşısını alacaq.

 

Preparat Oxford universitetində test edilərək 2 000 xəstəyə verildi. Nəticələr deksametazon qəbul etməyən 4 000 nəfərlə müqayisə edildi. Professor Peter Horby belə deyir: "Bu, indiyə qədər ölüm halını azaldan yeganə dərmandır. Dərman böyük bir sıçrayışdır".

 

Professor Martin Landray isə "Ventilyatora ehtiyac hiss edilən hər səkkiz xəstədən biri xilas edilə bilər" deyə gəldiyi qənaəti dilə gətirir və belə davam edir:

 

"Açıq və konkret olaraq faydası var. Müalicə 10 gün davam edir və xəstəni xilas etmək maliyyət cəmi 35 funt- sterlinq olur. Bu, bütün dünyada mövcud bir dərmandır".

Müəllif: İbrahim Nəbioğlu