Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR

Xəbərlər

23.08.2026 - 16:02

Azərbaycan Prezidentini Özbəkistan Prezidenti qarşılayıb

Avqustun 23-də Daşkənddəki “Kuksaroy” Dövlət İqamətgahında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

AYNA.AZ xəbər verir ki, Azərbaycanın və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Özbəkistan Prezidenti Şavkat Mirziyoyev qarşılayıb.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblətr.

Özbəkistanın dövlət və hökumət nümayəndələri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə Prezident Şavkat Mirziyoyevə təqdim edilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçib.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş